Dünya iqtisadiyyatı qlobal tənəzzülə sürüklənir – Ekspertlər həyəcan təbili çalır | Banco.az

Dünya iqtisadiyyatı qlobal tənəzzülə sürüklənir – Ekspertlər həyəcan təbili çalır

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İsrailin Qəzza zolağında müharibəsi dünya iqtisadiyyatının qlobal tənəzzülə aparır.

Banco.az-ın məlumatına görə, bu fikirlər “Wall Street” ekspertlərinin təhlillərinə əsasən qeyd olunub.

Onlar hesab edirlər ki,  Rusiya-Ukrayna münaqişəsi  Avropa və ABŞ-da tənəzzül ehtimalı risklərini artırır.

“Wall Street” in ən böyük investorlarından ikisi xəbərdarlıq edib ki, humanitar böhran kövrək olan qlobal iqtisadiyyatın qarşısında duran problemləri dərinləşdirdiyi üçün Yaxın Şərqdəki münaqişə qlobal tənəzzülə səbəb ola bilər.

“The Guardian” yazır ki, Böyük Britaniya iqtisadiyyatı ilə bağlı da vəziyyət ürəkaçan deyil.

Şəhər iqtisadçılarının hesablamalarına görə, 2023-cü il ərzində cüzi artımdan sonra Böyük Britaniya iqtisadiyyatının demək olar ki, durğunluğa dönəcəyi gözlənilir. Bəzi məlumatlara görə, Böyük Britaniyanın ipoteka kreditləşməsi proqnozu 2023-2024-cü ildə onillikdəki ən zəif artımını göstərəcək.

Qlobal iqtisadiyyatla bağlı, dünyanın ən böyük aktiv meneceri “BlackRock”un baş icraçı direktoru Larri Fink bildirib ki, HƏMAS-İsrail və Ukraynada baş verən münaqişə nəticəsində dünya hazırda iqtisadi sövdələşməyə hazırlaşır.

Ən sərfəli kredit üçün müraciət et

 “Geosiyasi risk bütün həyatımızı formalaşdıran əsas komponentdir. Biz dünyada artan qorxu fonunda ümidlərimizi itiririk. Bu istehlakdan imtinaya və ya xərclərin artmasına səbəb olur. Beləliklə, qorxu uzun müddət ərzində tənəzzül yaradır və biz belə yaşamağa davam etsək, Avropanın və ABŞ-ın iqtisadiyyatının tənəzzül ehtimalı artır”.

ABŞ-ın ən böyük bankı “JP Morgan”ın sədri Ceymi Dimon da Larri Fink ilə eyni fikirdədir. O hesab edir ki, İsrailin HƏMAS  ilə müharibəsi və Rusiya ilə Ukrayna arasındakı münaqişə iqtisadiyyatın gələcəyi üçün olduqca qorxulu və gözlənilməz nəticələrə səbəb ola bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et