Dünya elektrikli avtomobillərə keçir | Banco.az

Dünya elektrikli avtomobillərə keçir

Dizel və benzinlə işləyən avtomobilləri qadağan edəcək ölkələrin sayı gedərək artır. Ən gec 2014 – cı ildən sonra yollar artıq elektrikli avtomobillərə məxsus olacaq.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, dizel və benzinlə işləyən avtomobilləri qadağan edəcək olan ölkələrin sayı gedərək artmaqdadır. Dünyanın ən böyük iqtisadiyyatlarından hesab edilən Çin, Hindistan, Fransa, İngiltərəNorveç kimi ölkələr fərqli tarixlərdə benzin və dizellə işləyən avtomobillərə qadağa qoymağa hazırlaşır.

Bu ölkələrlə yanaşı Avstriya, Danimarka, İrlandiya, Portuqaliya, Yaponiya, Hollandiya və Cənubi Koreya da həmçinin bu axına qoşulmağı hədəfləyən ölkələr sırasındadır.

Ən sərfəli kredit üçün müraciət et

Hökumətlər elektrikli avtomobillərə keçid etməklə bağlı niyyətlərini bir-bir elan edərkən avtomobil firmaları da boş dayanmır. Bir çox firma elektrikli avtomobillərə yeni yatırımlarını açıqlayıb ki, bu firmalara son olaraq “Mercedes” də qoşulub.

“Daimler AG” şirkətinin CEO –su Dieter Zetsche 2022 – ci ilə qədər “Mercedes” – in bütün modellərində elektrikli avtomobil seçimlərinin də istehlakçılara təqdim ediləcəyini açıqlayıb.

Benzinlə işləyən avtomobil istehsalının mərkəzi olan ölkələr və istehsalçı şirkətlər istiqamətlərini elektrikli avtomobillərə doğru çevirərkən, ən gec 2040 – cı ildən sonra artıq yollarda benzin və dizellə işləyən avtomobil sayı azalacaq.

Tamara Mustafayeva, Banco.az