Dünya əhalisinin sərvəti 2016-cı ilin yekununda illik müqayisədə 5,3% artaraq 166.5 trln. ABŞ dollarına çatıb.
Bu barədə “The Boston Consulting Group” konsaltinq şirkətinin “Global Wealth Report 2017” icmal hesabatında deyilir.
Hesabatda artımın əsas səbəbi kimi Asiya-Sakit Okean bölgəsində sərvət artımı və ABŞ-da maliyyə aktivlərinin dəyərinin artması amilləri göstərilib.
Dünya əhalisinin 1%-nin milyonçu olduğu qeyd edilir. Milyonçuların sayı 2015-ci illə müqayisədə 7% artaraq 17,9 mln. nəfərə çatıb.
Ən çox sərvət artımı Asiya-Sakit Okean (9,5%) bölgəsində qeydə alınıb.
Hesabata əsasən, qlobal sərvət həcminin 2021-ci ildə 223 trln. dollara çatması gözlənilir.
Mənbə: Report.az