Tamara Mustafayeva, Banco.az
Dünya bazarlarında neftin qiyməti yenidən bahalaşıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, neftin qiyməti investorların diqqətini aidiyyəti bazarın getdikcə sıxlaşmasına yönəltməsi və ABŞ xam neft ehtiyatlarının azalıb-azalmadığının bəlli olacağı bu gün açıqlanası göstəricilər fonunda bahalaşmağa başlayıb.
ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 2014-cü ildən sonra ilk dəfə 85 dollara qədər bahalaşdıqdan sonra hazırda bir bareli 83.82 dollara ticarət edilir.
Brent markalı neftin dekabr fyuçersi isə London əmtəə birjasında 0,2% bahalaşaraq bir bareli 86.13 dollara qalxıb.
Bizi sosial şəbəkələrdən izləyin!!