Dünya bazarlarında neftin qiyməti qismən bahalaşdı | Banco.az

Dünya bazarlarında neftin qiyməti qismən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri stabilliyini saxlayır.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Delta ştammı ilə yoluxma sayının artmasına dair narahatlıqlar səbəbindən ardıcıl üç gün ucuzlaşdıqdan sonra həftənin çərşənbə axşamına nisbi yüksəlişlə başlayıb.

ABŞ xam neftinin (WTI) sentyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,1% yüksəldikdən sonra hazırda bir bareli 67.36 dollara icra edilir.

Brent markalı neftin oktyabr fyuçersi isə London əmtəə birjasında 0,1% bahalaşaraq 69.55 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et