Dünya bazarlarında neft 5%-dən çox bahalaşıb | Banco.az

Dünya bazarlarında neft 5%-dən çox bahalaşıb

ABŞ ordusu tərəfindən İran gəmisinin ələ keçirilməsi və Tehranın Hörmüz boğazını yenidən blokadaya alması ilə Yaxın Şərq münaqişəsində yeni eskalasiya qorxusu fonunda neft qiymətləri bazar ertəsi günü 5%-dən çox artıb.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında iyun ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 4,95 dollar (5,48%) çox olmaqla 95,33 dollar/barel təşkil edib.

Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı xam neftin iyun fyuçerslərinin qiyməti 4,94 dollar (5,98%) artaraq bir barel üçün 87,53 dollara çatıb. Əvvəlki sessiyada isə 8,58 dollar (9,4%) azalaraq bir barel üçün 82,59 dollara düşüb.