Dünya bazarında qızıl ucuzlaşıb, avro yüksəlib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Dünya bazarında qızıl ucuzlaşıb, avro yüksəlib

Avqustun 13-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,03% azalaraq 17 408,25 bənd, S&P 500 0,13% ucuzlaşaraq 2 083,39 bənd, Nasdaq isə 0,21% geriləyərək 5 033,56 bənd təşkil edib.

Banco.az "Report"-a istinadən xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,04% geriləyərək 6 568,33 bənd, Fransa CAC-40-ı 1,25% artaraq 4 986,85 bənd, Almaniya DAX-ı isə 0,82% bahalaşaraq 11 014,63 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,71% ucuzlaşaraq 1 113,30 dollar təşkil edib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1153 (+0,10%) təşkil edib.