Oktyabrın 5-də Amerika fond bazarlarında Dow Jones indeksi 1,85 % bahalaşaraq 16 776,43 bənd, S&P 500 1,83% artaraq 1 987,05 bənd, Nasdaq isə 1,56% yüksələrək 4 781,27 bənd təşkil edib.
"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,76% bahalaşaraq 6 298,92 bənd, Fransa CAC-40-ı 3,54% artaraq 4 616,90 bənd, Almaniya DAX-ı isə 2,74% bahalaşaraq 9 814,79 bənd təşkil edib.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 2 dollar, yaxud 0,18% ucuzlaşaraq 1 135,60 dollar olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1184 (-0,04%) təşkil edib.