Dünya bazarında neft ucuzlaşdı | Banco.az

Dünya bazarında neft ucuzlaşdı

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampın Ukrayna münaqişəsinin hər iki tərəfi üçün enerji infrastrukturuna hücumlara bir aylıq moratorium qoyması ideyasını dəstəkləməsi xəbəri ilə neft qiymətləri ucuzlaşıb.

Banco.az xəbər verir ki,  Brent markalı may fyuçersləri Londonun ICE Futures birjasında 0,23 dollar (0,33%) ucuzlaşaraq bir barel üçün 70,33 dollar olub. Çərşənbə axşamı Brent 0,51 dollar (0,7%) ucuzlaşaraq 70,56 dollar/barelə düşüb.

Bu vaxta qədər WTI markalı neftin aprel fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda 0,27 dollar (0,4%) ucuzlaşaraq bir barelə görə 66,63 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilə bir barel üçün 0,68 dollar (1%) azalaraq 66,9 dollar olub.