Dünya bazarında neft bahalaşmaqda davam edir | Banco.az

Dünya bazarında neft bahalaşmaqda davam edir

Yaxın Şərq münaqişəsinin gərginləşməsi fonunda  neft qiymətləri artmağa davam edir.

Banco.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın bütün dünyaya maneəsiz enerji təchizatını təmin edəcəyinə söz verməsindən sonra artım tempi yavaşlayıb.

Londonun ICE Futures birjasında may ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,26 dollar (1,55%) çox olmaqla, bir barel üçün 82,66 dollar təşkil edib. Çərşənbə axşamı bu müqavilələr 3,66 dollar (4,7%) artaraq bir barel üçün 81,40 dollara çatıb ki, bu da 2025-ci ilin yanvar ayından bəri ən yüksək göstəricidir.

Nyu-York Ticarət Birjasında (NYMEX) aprel ayı üçün WTI xam neftinin fyuçersləri 0,95 dollar (1,27%) artaraq bir barel üçün 75,51 dollara çatıb. Əvvəlki sessiyada isə onlar 3,33 dollar (4,7%) artaraq bir barel üçün 74,56 dollara çatıb ki, bu da iyun ayından bəri ən yüksək göstəricidir.

Bu həftənin əvvəlindən bəri Brent 12%, WTI isə 11% artıb.