Neft qiymətləri ABŞ prezidenti Donald Trampın bəyanatlarından sonra artmaqda davam edir.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı iyun fyuçersləri 0,15 dollar (0,2%) bahalaşaraq 74,92 dollar/barelə çatıb. Bazar ertəsi Brent markalı neft 2,01 dollar (2,8%) bahalaşaraq 74,77 dollar/barelə çatıb.
Bu vaxta qədər WTI markalı neftin may fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda 0,14 dollar (0,2%) bahalaşaraq bir barelə görə 71,62 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilə bir barel üçün 2,12 dollar (3%) artaraq 71,48 dollar olub.