Dünya bazarında neft bahalaşıb | Banco.az

Dünya bazarında neft bahalaşıb

ABŞ, Avropa və bir sıra Asiya ölkələrində Milad bayramı ərəfəsində bazar aktivliyinin aşağı olması fonunda neft qiymətləri çərşənbə günü bir qədər yüksəlişlə ticarət olunur.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında fevral ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 0,08 dollar (0,13%) artaraq bir barel üçün 62,46 dollara çatıb. Çərşənbə axşamı isə Brent markalı neftin qiyməti 0,31 dollar (0,5%) artaraq bir barel üçün 62,38 dollara çatıb.

Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral fyuçersləri 0,10 dollar (0,17%) artaraq bir barel üçün 58,48 dollara çatıb. Əvvəlki sessiyada bu müqavilələr 0,37 dollar (0,64%) artaraq bir barel üçün 58,38 dollara çatıb.