Neft qiymətləri iki həftəlik enişdən sonra bazar ertəsi səhəri yüksəldi.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında fevral ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 0,48 dollar (0,79%) artaraq bir barel üçün 60,95 dollara çatıb. Ötən cümə günü isə Brent markalı neftin qiyməti 0,65 dollar (1,1%) artaraq bir barel üçün 60,47 dollara çatıb.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral fyuçerslərinin qiyməti 0,46 dollar (0,81%) artaraq bir barel üçün 56,98 dollara çatıb. Əvvəlki sessiyada müqavilə 0,58 dollar (1%) artaraq bir barel üçün 56,52 dollara çatıb.
Gələn il neft bazarında təklif bolluğu ilə bağlı davam edən narahatlıqlar fonunda son bir həftə ərzində hər iki neftin qiyməti təxminən 1% düşüb. Bir həftə əvvəl isə təxminən 4% düşüb.
