ABŞ-Çin münasibətlərində gərginliyin artması səbəbindən əvvəlki sessiyada kəskin enişdən sonra neft qiymətləri bazar ertəsi səhər inamla bərpa olunur.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında dekabrın 2-də Brent markalı neftin fyuçersləri 0,92 dollar (1,47%) bahalaşaraq 63,65 dollar/barel təşkil edib. Cümə günü Brent 2,49 dollar (3,82%) ucuzlaşaraq 62,73 dollar/barel olub.
Bu vaxta qədər Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda WTI markalı noyabr fyuçerslərinin qiyməti 0,88 dollar (1,49%) bahalaşaraq bir barelə görə 59,78 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilə bir barel üçün 2,61 dollar (4,24%) ucuzlaşaraq 58,9 dollar olub.
Oktyabrın 10-da ABŞ prezidenti Donald Tramp Pekinin nadir torpaq metallarına ixrac nəzarətini gücləndirməsinə cavab olaraq Çin mallarına idxal rüsumlarının əhəmiyyətli dərəcədə artırılması imkanını müzakirə edib və Si Cinpinlə görüşün mənası olmadığını deyib. Tramp bəyan edib ki, Vaşinqton Pekinə zərər vurmaq yox, ona kömək etmək istəyir.