Dünya bazarında neft bahalaşıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Dünya bazarında neft bahalaşıb

İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşması ilə bağlı xəbərlər əsasında neft qiymətləri nəzərəçarpacaq dərəcədə yüksəlir.

Banco.az xəbər verir ki,  ​​Londonun ICE Futures birjasında Brent markalı iyul fyuçerslərinin qiyməti 1,05 dollar (1,61%) bahalaşaraq 66,43 dollar/barelə çatıb. Çərşənbə axşamı Brent 0,16 dollar (0,2%) ucuzlaşaraq 65,38 dollar/barel olub.

Bu vaxta qədər WTI markalı neftin iyul fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda 1,07 dollar (1,72%) bahalaşaraq bir barelə görə 63,1 dollar təşkil edib. Bu müqavilələr əvvəlki sessiyanı bir barel üçün 62,03 dollar səviyyəsində bağlayıb.