Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti, bir barel üçün 72,78 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,25 dollar (0,34%) bahadır. Çərşənbə günü bu müqavilələr 0,49 dollar (0,7%) azalaraq 72,53 dollar/barelə düşüb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında aprel ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta kimi 0,17 dollar (0,25%) artaraq bir barel üçün 68,79 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,31 dollar (0,5%) azalaraq 68,62 dollar/barel olub.