Dünya bazarında neft bahalaşıb | Banco.az

Dünya bazarında neft bahalaşıb

Müəllif:Mehin Qasımova/Banco.az

Londonun ICE Futures birjasında Brent markalı may fyuçerslərinin qiyməti 0,22 dollar (0,27%) bahalaşaraq bir barel üçün 82,43 dollar olub. Bazar ertəsi Brent 13 sent bahalaşaraq barreli 82,21 dollara çatıb.

Banco.az xəbər verir ki, bu vaxta qədər WTI markalı neftin aprel fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında 0,13 dollar (0,17%) bahalaşaraq bir barelə görə 78,06 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilə 8 sent ucuzlaşaraq bir barel üçün 77,93 dollar təşkil edib.

Qeyd edək ki,bazar iştirakçıları martın 12-də ABŞ-ın inflyasiya məlumatlarının açıqlanmasını, həmçinin OPEC və Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatlarının dərcini gözləyirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram