Dünya bazarında Avropa indeksləri ucuzlaşır | Banco.az

Dünya bazarında Avropa indeksləri ucuzlaşır

İyulun 23-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,67% azalaraq 17 731,92 bənd, S&P 500 0,57% ucuzlaşaraq 2 102,15 bənd, Nasdaq isə 0,49% geriləyərək 5 146,41 bənd təşkil edib.

Avropa fond bazarında FTSE 100 indeksi 0,18% geriləyərək 6 655,01 bənd, Fransa CAC-40-ı 0,08% artaraq 5 086,74 bənd, Almaniya DAX-ı isə 0,07% ucuzlaşaraq 11 512,11 bənd təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 14,4 dollar yaxud 1,31% ucuzlaşaraq 1 082,50 dollar olub. Qeyd edək ki, bu qızılın 2010-cu ilin fevralın 1-dən bu yana qeydə alınan ən aşağı rəqəmdir.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0974 (+0,31%) təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et