Bu axşam Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müllerin (Cyril Muller) Azərbaycana rəsmi səfəri başlayır. Banco.az "Report"a istinadən xəbər verir ki, səfər şənbə günü başa çatacaq.
Regionla tanışlıq çərçivəsində baş tutacaq səfər zamanı S.Müllerin Azərbaycanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulur. Həmçinin, o, WB-in Cənubi Qafqaz regionu üzrə yeni direktoru Mersi Tembonu təqdim edəcək.
Qeyd edək ki, S.Müller vitse-prezident kimi vəzifəsinə bu ilin sentyabrında başlayıb.