Dünya Bankının nümayəndəsi Azərbaycana gəlib | Banco.az

Dünya Bankının nümayəndəsi Azərbaycana gəlib

Bu gün Dünya Bankının (WB) Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojinanın (Angela Prigozhina) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

A.Priqojinanın səfəri noyabrın 8-dək davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda deyilir ki, əlaqələndiricinin Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycanın maliyyə və iqtisadiyyat nazirləri, Mərkəzi Bankının sədri ilə görüşü gözlənilir.

A.Priqojina həmçinin palatanın təşkil edəcəyi konfransda iştirak edəcək.

Qeyd edək ki, A.Priqojina sonuncu dəfə Azərbaycana oktyabrda olub

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et