Dünya Bankının (DB) dəmiryolu nəqliyyatı üzrə missiyasının Azərbaycana səfəri başlayıb. Missiyaya "Azərbaycan dəmir yolu ticarətinin və nəqliyyatinin dəstəklənməsi Layihəsi"nin kuratoru Jak Büre rəhbərlik edir.
Məlumata görə, bu gündən etibarən başlayan səfər yanvarın 31-nə qədər davam edəcək. J.Bürenin rəhbərlik etdiyi missiyanın artıq maliyyə naziri Samir Şərifov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun üzv olduğu komissiya ilə görüşüb.
Qeyd edək ki, adıçəkilən layihə çərçivəsində DB Azərbaycana 220 mln. ABŞ dolları həcmində kredit ayırıb.
Mənbə: Report.az