Dünya Bankı Türkiyənin 2023-cü il üzrə artım proqnozunu yüksəldib | Banco.az

Dünya Bankı Türkiyənin 2023-cü il üzrə artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı Türkiyənin 2023-cü il üzrə artım proqnozunu 0,5 faiz bəndi artırıb.

Banco.az xəbər verir ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üçün hazırladığı ECA İqtisadi Yenilik Hesabatı dərc olunub.

Hesabatda Türkiyədə baş verən zəlzələlərin təxminən 34,2 milyard ABŞ dolları (ölkənin 2021-ci il ÜDM-nin təxminən 4%-i) birbaşa ziyana səbəb olduğu proqnozlaşdırılıb. Digər tərəfdən, hesabata görə, bərpa və yenidənqurmanın həqiqi dəyəri birbaşa zərərdən iki dəfə çox ola bilər.

Hesabatda həmçinin qeyd olunub ki, Dünya Bankı zəlzələdən sonra davam edən yenidənqurma işlərinin təsiri ilə Türkiyə üçün artım proqnozunu yüksəldib.

Ən sərfəli kredit üçün müraciət et

Bank 2023-cü il üçün artım proqnozunu 2,7 faizdən 3,2 faizə, 2024-cü il üçün proqnozunu isə 4 faizdən 4,3 faizə yüksəldib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et