Dünya Bankı ölkələrin rəqəmsal xidmətlərə çıxışında boşluqların olduğunu bəyan edib | Banco.az

Dünya Bankı ölkələrin rəqəmsal xidmətlərə çıxışında boşluqların olduğunu bəyan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı: Rəqəmsal xidmətlərə çıxışda boşluq mövcuddur.

Banco.az xəbər verir ki, Dünya Bankının 2023-cü il üzrə “Rəqəmsal Tərəqqi və Trendlər Hesabatı” ölkələrin rəqəmsal texnologiyaların istehsalı və istifadəsinin bir çox sahələrdə hərtərəfli təhlilini təqdim etməklə yanaşı, rəqəmsal xidmətlərə çıxışda ölkələr arasındakı fərqi göstərib.

Təşkilatın bəyanatında internet sürəti, məlumat trafiki və rəqəmsal istifadədəki boşluğun aşağı və orta gəlirli ölkələrdə fərdlər və şirkətlər üçün rəqəmsal qazanclara mane olduğu ifadə edilib.

Bəyanatda qeyd olunub ki, bütün ölkələrdə rəqəmsal dünyaya inteqrasiyada əhəmiyyətli artım müşahidə olunsa da, aşağı gəlirli ölkələrdə yalnız dörd nəfərdən birinin internetə çıxışı var.

Bəyanatda vurğulanıb ki, zəngin ölkələrdə adambaşına düşən orta mobil genişzolaqlı trafik aşağı gəlirli ölkələrdəki trafikdən 20 dəfədən çox, sabit genişzolaqlı trafik isə 1700 dəfədən çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin qiymətlərin yoxsullar üçün çox daha yüksək olmağa davam etdiyi və aşağı gəlirli ölkələrdə orta sabit genişzolaqlı trafik qiymətlərinin 2022-ci ildə aylıq gəlirin üçdə birini təşkil etdiyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram