Dünya Bankı "İpək Yolu"na 8 mlrd. dollar ayırıb | Banco.az

Dünya Bankı "İpək Yolu"na 8 mlrd. dollar ayırıb

Dünya Bankı (DB) "İpək Yolu" iqtisadi təşəbbüsü çərçivəsində infrastruktur layihələrinin icrasına indiyədək ümumilikdə 8 mlrd. ABŞ dolları həcmində vəsait ayırıb. "TASS" agentliyinə istinadən xəbər verilir ki, bunu DB-nin prezidenti Cim Yonq Kim (Jim Yong Kim) Pekində "6+1" formatında keçirilən beynəlxalq maliyyə və iqtisadiyyat təşkilatları rəhbərlərinin görüşündə bəyan edib.

"Xüsusilə, infrastruktur layihələrinə investisiyalar çox önəmlidir. Çin "İpək Yolu" təşəbbüsü infrastruktur layihələrinə investisiyalarda katalizator rolunu oynayır. Dünya Bankı maksimal dərəcədə bu layihədə iştirak edən ölkələrə kömək göstərəcək", - deyə Bank rəhbəri bildirib.

Qeyd edək ki, görüşdə həmçinin Çin Dövlət Şurasının rəhbəri, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru, Dünya Ticarət Təşkilatının baş direktoru, Beynəlxalq Əmək Təşkilatının baş direktoru və OECD-nin baş katibi iştirak ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Çində "Bir kəmər - bir yol" kimi adlandırılan bu layihə 2013-cü ildə Çinin rəhbəri Si Tsinpin tərəfindən irəli sürülüb. “Bir kəmər - bir yol” strategiyası çərçivəsində Asiyadan başlayan və Avropaya, Sakit okeana yönələn 6 müxtəlif nəqliyyat dəhlizi təklif olunur. Dünyanın məşhur nəşrləri bu marşrutlar arasında ən ciddi alternativ kimi Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutunu qeyd edirlər.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et