Dünya Bankı: Beynəlxalq Bankda yaranan problemlərin səbəbi.. | Banco.az

Dünya Bankı: Beynəlxalq Bankda yaranan problemlərin səbəbi..

Dünya Bankı (DB) Azərbaycan hökumətinə özəl sektorun kreditləşdirilməsi üzrə yeni mexanizm hazırlamağa kömək etməyə hazırdır.

Bunu müsahibəsində bankın Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Hassan Naqvi deyib.

Onun fikrincə, hökumət biznesin kreditləşdirilməsi ilə məşğul olmamalıdır: "Ümumilikdə maliyyə sektoru kreditləşdirmə haqqında qərarı müstəqil olaraq özü qəbul etməlidir".

Agentliyin həmsöhbəti bildirib ki, sağlamlaşdırma prosesinin başlamasınadək Azərbaycan Beynəlxalq Bankının payına Azərbaycanın bank sektorunun bütün aktivlərinin təqribən 35 faizi düşürdü: "Lakin bankın akitvlərlə bağlı ciddi problemi oldu. ABB-nin belə problemlə qarşılaşmasının səbəblərindən biri o idi ki, müvafiq qərarı (kredit ayrılması barədə - red.) hökumət deyil, özəl sektor qəbul etməlidir".

Ən sərfəli kredit üçün müraciət et

N.H.Naqvi qeyd edib ki, Dünya Bankı, o cümlədən DB qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası vasitəsilə Azərbaycan hökumətinə özəl sektorun kreditləşdirilməsi üzrə yeni mexanizmin hazırlanması üçün kömək etməyə hazırdır.

Mənbə: Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et