Dünya Bankı Azərbaycanla bağlı mənfi proqnozunu açıqlayıb | Banco.az

Dünya Bankı Azərbaycanla bağlı mənfi proqnozunu açıqlayıb

Dünya Bankı tərəfindən təqdim olunan "Global Economic Prospects (GEP)" adlı ənənəvi icmalda Azərbaycanın ödəmə balansı ilə bağlı mənfi proqnoz yer alıb və ödəmə balansının yaxın bir neçə il ərzində 2,25 dəfə azalacağı qeyd olunub.

Yenilənmiş "GEP 2014" icmalına əsasən, cari il üzrə ödəmə balansının profisiti ÜDM-un 12,6%-ni təşkil edəcək. Növbəti il ərzində bu göstərici azalacaq və ÜDM-un 8,1%-i qədər profisit qeydə alınacaq. 2016-ci ildə isə profisit həcmi daha aşağı göstərici nümayiş etdirərək, ÜDM-un 5.6%-ni təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, icmalda Azərbaycanla bağlı verilən proqnozda qeyd olunur ki, sözügedən müddət ərzində ölkənin xarici ticarət və ixrac səviyyəsində də azalma müşahidə olunacaq: 2014-cü ildə bu göstərici 3,4%-ə, 2015-ci ildə 1,8%-ə, 2016-cı ildə isə 0,4%-ə bərabər olacaq.

Cari ildə Azərbaycanda ÜDM-un həcminin 5,2%-ə qədər artacağı gözlənilir. 2015-ci ildə bu göstəricinin 4,1%, 2016-cı ildə isə 3,6% təşkil edəcəyi güman olunur.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et