Dünya Bankı Azərbaycana ortamüddətli xərclərə dair mütəxəssislər göndərəcək | Banco.az

Dünya Bankı Azərbaycana ortamüddətli xərclərə dair mütəxəssislər göndərəcək

Azərbaycanda orta müddətli xərclər büdcə sahəsində Milli Məclisin nəzarəti ilə bağlı seminarların keçirilməsi, bununla əlaqədar mütəxəssisin dəvət edilməsi nəzərdə tutulur.

Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən görüşdə Dünya Bankının İdarəetmə üzrə Baş Mütəxəssis və Tapşırıq qrupunun rəhbəri Andzs Ubelis bildirib.

O həmçinin deyib ki, orta müddətli xərclərə əsaslanan büdcənin formalaşdırılması sahəsində təlimlərin aparılması, bu sahəni tənzimləyən qanunvericiliyin araşdırılması və müvafiq tövsiyələrin verilməsi nəzərdə tutulub: “Qrup öz fəaliyyətini bir neçə istiqamətdə həyata keçirməyi planlaşdırır”.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et