Dubay şəhərindəki Azərbaycan Ticarət Evi yeni ünvanda | Banco.az

Dubay şəhərindəki Azərbaycan Ticarət Evi yeni ünvanda

Azərbaycan Ticarət Evinin Dubayda yeni ünvanda fəaliyyətini davam etdirməsi yerli məhsulların daha geniş auditoriyaya tanıdılmasına imkan verəcək.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Azərbaycan Ticarət Evi yeni ünvanda fəaliyyətini davam etdirəcək.  

Ticarət evinin Dubayın mərkəzində “Marina Walk” turizm və ticarət məkanında fəaliyyət göstərməsi Azərbaycan məhsullarının daha geniş auditoriyaya tanıdılmasına və satış imkanlarının daha da artmasına imkan verəcək.

300 kvadrat metrə yaxın sahəni əhatə edən ticarət evində Azərbaycan istehsalı olan meyvə, tərəvəz, ət, süd, quru qidalar və s. məhsullar satılır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Ticarət Evinin fəaliyyəti və burada satılan məhsullarla tanış olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et