DSMF hesabat verdi: Azərbaycanda özəl pensiya fondu yaradılır | Banco.az

DSMF hesabat verdi: Azərbaycanda özəl pensiya fondu yaradılır

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü il üzrə hesabat tədbirində bir sıra mühüm məqamlara toxunub.

Banco.az xəbər verir ki, Fondun sədri bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun 2023-cü ildəki gəlirləri  6667,2 milyon manat olub. Bu da əvvəlki illə müqayisədə 16,6 % çox olub.

Himalay Məmişov qeyd edib ki, DSMF-nin gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları da ötən il 13 faiz və ya 613 mln. manat artaraq 5 mlrd. 197 mln. manata çatıb.

H. Fondun xərcləri isə ötən il 16 faiz və ya 829 mln. manat çox olmaqla 6 mlrd. 81 mln. manata çatıb. Xərclərin 5 mlrd. 888 mln. manatını əhaliyə ödənişlər təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 16 faiz və ya 805 mln. Manat çox deməkdir.

Yola saldığımız il 32 min şəxsə isə  elektron qaydada pensiya təyin olunub. Pensiya ödənişləri ötən il 781 mln. manat və ya 16 faiz artaraq 5 mlrd. 726 mln. manat təşkil edib. 2023-cü ildı pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 436 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 467 manata çatıb.

Hesabat tədbirində vurğulanıb ki, bu günə qədər 5002 nəfərə dövlət icbari şəxsi sığorta təyin olunub. 2023-cü  il üzrə həmin göstərici 1 920 olub."Bu günə kimi ödənilmiş vəsait 111.1 milyon manat, ötən il üzrə isə 4,1 milyon manat təşkil edib.

Himalay Məmişov pensiya yaşına çatmadan pensiya kapitalından istifadə edə bilmək məsələsinə toxunaraq qeyd edib ki,  özəl pensiya fondu ilə bağlı da normativ sənədlər hazırlanıb. DSMF sədri əlavə edib ki, vəfat edən şəxsin pensiya kapitalı ailə üzvlərinin maddi təminatının yaxşılaşdırılması istiqamətində istifadə olunmaqdadır.

Qeyd edək ki, cari il üçün pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir. Himalay Məmişov bu məsələyə aydınlıq gətirərək bildirib ki, indeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram