Dövriyyədə olan nağd pul kütləsi azalıb | Banco.az

Dövriyyədə olan nağd pul kütləsi azalıb

Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2020-ci il fevralın 1-nə 10 milyard 41 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına görə, dövriyyədə olan nağd pul kütləsinin həcmi yanvarda əvvəlki ayla müqayisədə 364,6 milyon manat və ya 3,5% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin eyni dövrü ilə müqayisədə nağd pul kütləsinin həcmində 2 milyard 129,5 milyon manat və ya 26,9% artım müşahidə olunub.

Qeyd edək ki, dövriyyədə olan nağd pulun Azərbaycanda maksimal həddi 2014-cü ilin iyul ayında 11 milyard 144,4 milyon manat həcmində olub.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et