Gələn il səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə büdcəyə daxilolmalar bu illə müqayisədə çox olacaq.
Bu barədə 2019-cu ilin dövlət büdcəsi zərfində bildirilir.
Məlumata görə, 2019-cu ildə sözügedən istiqamət üzrə daxilolmaların məbləği 3,92 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci illə müqayisədə 23% çoxdur.
2020-ci ildə bu rəqəmin 5,405 mln. manat, 2021-ci ildə 6,6 mln. manat, 2022-ci ildə isə 7,41 mln. manat təşkil edəcəyi ehtimal olunur.
Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat, xərcləri 24 780,1 mln. manat, büdcə kəsiri 1 862,6 mln. manat proqnozlaşdırılır.
marja.az