Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli üzrə orta illik gəlirlilik 2017-ci ildə 1.88% təşkil edib.
Bu nisbət 2016-cı illə müqayisədə azdır. Belə ki, ARDNF 2016-cı ildə 1,92% gəlirliliklə fəaliyyət göstərmişdi.
Orta illik gəlirlilik son 10 il üzrə 1,93%, son 5 il üzrə 1,67%, son 3 il üzrə isə 1,68% təşkil edib.
Ötən il, Fondun idarəetməsində olan vəsaitlər 8,02% artaraq 35,8 milyard dollara çatmışdı.
Marja.az