Dövlət Neft Fondundan büdcəyə transfert 100 faiz icra edilib | Banco.az

Dövlət Neft Fondundan büdcəyə transfert 100 faiz icra edilib

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) dövlət büdcəsinə transfertlər 4 milyard 280 milyon manat təşkil edib ki, bu da proqnoza qarşı 100 faiz icra deməkdir.

Maliyyə Nazirliyi xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 299,1 milyon manat və ya 6,5 faiz azdır.

Qeyd edək ki, Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə əsasən, dövlət büdcəsinə nəzərdə tutulan transfertin yuxarı həddi 12 milyard 835 milyon manat təşkil edir.