Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin 30 sentyabr tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.
Banco.az Fonda istinadən xəbər verir ki, inkişaf etmiş ölkələr üzrə bu göstərici 66,2%, inkişaf etməkdə olan ölkələr üzrə 9%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 7,1% təşkil edib.
Qeyd edək ki, sərmayələrin qalan hissəsi (17,7%) qızılın payına düşüb.
1 iyul tarixinə inkişaf etmiş ölkələr üzrə bu göstərici 65,3%, inkişaf etməkdə olan ölkələr üzrə 12,3%, beynəlxalq maliyyə təşkilatları üzrə 7,6%, qızıl üzrə isə 14,8% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!