Dövlət Neft Fondu ötən ay 364 milyon dollar satıb | Banco.az

Dövlət Neft Fondu ötən ay 364 milyon dollar satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) fevral ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay  ərzində 364,1 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu ilin ilk ayında Fond tərəfindən valyuta hərraclarında 299,1 mln. dollar məbləğində vəsait satılıb.

Bununla da ARDNF bu ilin iki ayında ümumilikdə 663,2 mln. dollar satıb.