Dövlət istiqrazları üzrə hərrac keçiriləcək | Banco.az

Dövlət istiqrazları üzrə hərrac keçiriləcək

Oktyabrın 25-də  “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin dövlət istiqrazları üzrə iki hərrac keçiriləcək.

BFB-dən verilən məlumata görə, bir istiqrazın nominal dəyəri 100 manat, ümumi həcmi 10 mln. manatdır.

İstiqrazların tədavül müddəti 364 gündür.

İstiqrazların ödəmə müddəti 24 oktyabr 2017-ci ildir.

Ən sərfəli kredit üçün müraciət et

Digər hərrac üzrə bir istiqrazın nominal dəyəri 100 manat, ümumi həcmi 17 mln. manatdır. Bu istiqrazların tədavül müddəti 182 gün, ödəmə müddəti 4 aprel 2017-ci ildir.

İstiqrazların yerləşdirilməsində anderrayter qismində “Paşa Kapital İŞ” QSC çıxış edəcək.

Mənbə: APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et