Dövlət Fondu bu bankı ləğv edəcək | Banco.az

Dövlət Fondu bu bankı ləğv edəcək

Lisenziyası ləğv olunmuş “United Credit Bank” ASC-nin ləğv edilməsi ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məşğul olacaq.

Bu barədə keçirdiyi mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalaması Fondunun icraçı direktoru Azad Cavadov məlumat verib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, bununla bağlı qərarı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qəbul edib və rəhbərlik etdiyi qurum Bankın ləğvedicisi təyin olunub. 

Mənbə: Report.az