2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 23,48 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4% çoxdur.
Bu barədə Maliyyə Nazirliyi məlumat verir. Məlumata görə, büdcənin xərcləri isə son bir ildə 2,5% artaraq 19,94 milyard manata yüksəlib.
Başqa sözlə, büdcə gəlirləri proqnozdan 3,1 % çox, büdcə xərcləri isə proqnozdan 1 % az icra edilib.
Ümumilikdə bu ilin ilk yeddi ayında dövlət büdcəsində 3,54 milyard manat profisit yaranıb. Son bir ildə büdcənin profisiti 13% artıb.