Dövlət büdcəsində yenidən qalıq yaranıb | Banco.az

Dövlət büdcəsində yenidən qalıq yaranıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 22 241,1 milyon manat, xərcləri isə 22 162,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% və 9,9% çoxdur.

Beləliklə, büdcədə 78,4 milyon manat qalıq yaranıb. Bundan başqa, yanvar-oktyabr aylarının yekununda büdcədə 515 milyon manat kəsir qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram