Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinə 5 021,9 mln. manat vəsait daxil olub.
Bu barədə Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən xəbər verir.
4 ay ərzində isə büdcədən 5,390 mlrd. manat vəsait xərclənib. Son nəticədə büdcənin icrasında 368,1 mln. manatlıq və yaxud ümumi daxili məhsulun 1,8%-i qədər kəsir yaranıb.
Mənbə: Report.az