Dövlət borcunun qaytarılmasına xərclənən vəsait açıqlanıb | Banco.az

Dövlət borcunun qaytarılmasına xərclənən vəsait açıqlanıb

2022-ci ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 12855,1 milyon manat proqnoza qarşı 12936,6 milyon manat və ya 100,6 faiz icra edilib.

Bu, ötən ilin eyni dövrünə nisbətən 1346,1 milyon manat və ya 11,6 faiz çoxdur.

Məlumata görə, bu ilin birinci yarısında dövlət büdcəsi xərclərinin 8714,1 milyon manatı və ya 67,4 faizi cari xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 13,8% çox), 3434,8 milyon manatı və ya 26,5 faizi əsaslı xərclərə (12,5% çox), 787,7 milyon manatı və ya 6,1 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə ( 10,8% az) yönəldilib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram