DostBank vasitəsilə kartdan karta necə pul köçürmək olar? - VİDEO | Banco.az

DostBank vasitəsilə kartdan karta necə pul köçürmək olar? - VİDEO

Bank of Bakunun müştəriləri bankın mobil tətbiqi vasitəsilə pulu kartdan digər karta köçürmək üçün aşağıda qeyd olunan sıralamayla əməliyyatları həyata keçirmək yetərlidir. Eyni zamanda sözü gedən prosedurun gedişatını Banco.az-ın hazırladığı videodan da izləyə bilərsiniz.

Bankın mobil tətbiqinə daxil olduqdan sonra aşağıdakı ardıcıllıqla əməliyyatı həyata keçirə bilərsiniz:

1. Ödənişlər və köçürmələr bölməsindən kartdan karta xidmətini seçin;

2. Növbəti mərhələdə köçürmənin ölkədaxili və ya xarici ölkə kartına olduğunu işarələyin;

3. Açılan pəncərədən pulu  göndərən kartı seçin;

4. Alan kart hissədə "digər kart"ı seçərək göndərilən kartın 16 rəqəmli kodu, son istifadə müddəti, göndərəcəyiniz məbləğ və valyutanı qeyd edin;

5. Sonda "Təsdiq edin" düyməsini basmaqla əməliyyat uğurla tamamlanmış olur;

Digər bankların mobil tətbiqi vasitəsilə kartdan karta pul köçürmə (card to card) xidməti ilə buradan tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Video Banco.az tərəfindən hazırlanıb.

Tahir Əsgərli və Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram