Dörd ölkə Azərbaycandan xam neft idxalını bərpa edib | Banco.az

Dörd ölkə Azərbaycandan xam neft idxalını bərpa edib

2023-cü ilin yanvar-aprel aylarında dörd ölkə Azərbaycan neftinin idxalını bərpa edib.

Bunlar Yunanıstan, Sinqapur, İndoneziya və Fransadır.

Ümumilikdə, bu ölkələr 429,264 milyon dollardan artıq dəyərdə təxminən 675,225 milyon ton neft idxal ediblər. Kəmiyyət ifadəsində bu ölkələr tərəfindən Azərbaycan neftinin idxalı Azərbaycandan ümumi xammal ixracının 7,3 faizini, pul ifadəsində isə 7,5 faizini təşkil edir.

Belə ki, 2023-cü ilin yanvar-aprel aylarında Yunanıstan 300 min tona yaxın, Sinqapur 138,338 min tondan çox, İndoneziya 128,188 min tondan çox, Fransa isə 108,829 min tondan çox xam neft və neft məhsulları idxal edib.

Dəyər baxımından Yunanıstan 190,16 milyon dollardan çox, Sinqapur 87,786 milyon dollar, İndoneziya 85 milyon dollardan çox və Fransa 66,3 milyon dollardan çox qiymətə Azərbaycan neftini alıb.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et