Müəllif - Aida İsaq, Banco.az
Rusiya şirkətlərinin yalnız bir faizi dörd günlük iş həftəsinə keçib. Daha öncələrdə bəzi şirkətlər bu rejimə keçid etsə də, lakin sonradan adi rejimə qayıdıb.
Banco.az xəbər verir ki, şirkətlərin altı faizində daha qısa iş həftəsinə keçidin mümkünlüyü müzakirə edilib. Məsələ qurumların iki faizində məqbul hesab edilib, qalan dörd faizində isə qənaətbəxş hesab olunmayıb. İşəgötürənlərin təxminən 88%-i isə bu mövzuya ümumiyyətlə toxunmayıb. Dördgünlük iş həftəsinin tətbiqini rusların 48%-i dəstəkləyir. 34 yaşınadək sorğuda iştirak edənlər arasında bu rəqəm 61%-ə çatır.
Araşdırmalara görə məlum olub ki, qadınlar kişilərə nisbətən daha çox iş həftəsinin qısa olmasının tərəfdarıdırlar (52% - 64%). 49 999 rubla qədər gəliri olan ruslar dörd günlük müddətə keçidi digərlərinə nisbətən daha müsbət qarşılayıb. Eyni zamanda insanların 64%-i əmindir ki, dörd günlük rejimdə onlar beş gündə olduğu qədər iş yükü ilə qarşılaşacaqlar.
Respondentlər istirahət günlərini ailəyə, əyləncəyə, özünü inkişafa və ya part-taym işlərə həsr etməyi düşünür.
Dövlət Dumasının əmək, sosial siyasət və veteranlarla iş üzrə komitəsinin sədri Yaroslav Nilovun daha öncəki açıqlamalarına görə, 4 günlük iş həftəsinə keçid yaxın gələcəkdə baş verəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!