Vəsait qoyuluşları çərçivəsində 2019-cu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 288 mln. 165 min manat vəsait yönəldilib.
Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verilən məlumata görə, bu, bir il öncəki göstəricidən 1 mln. 585 min manat və ya 0,55% çoxdur.
Əsas kapitala yönəldilmiş vəsaitin 273 mln. 560 min manatı və ya 94,9%-i tikinti-quraşdırma işlərinin payına düşüb.
Report