Doqquz ayda bank sektorunun aktivləri 1,9 milyard manat artıb | Banco.az

Doqquz ayda bank sektorunun aktivləri 1,9 milyard manat artıb

Bank sektorunun aktivləri ilin əvvəli ilə müqayisədə 6,3 faiz (1,9 milyard manat) artaraq sentyabrın 30-na 31,4 milyard manat olub. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.

O bildirib ki, banklar kreditləşmə fəaliyyətini aktivləşdirib və növbəti dövrdə maliyyələşmənin davam etdirilməsi üçün yetərli likvid resurs və kapital buferi formalaşıb. Müştərilərə verilən kreditlər 13 milyon 872 manat, o cümlədən biznes subyetklərinə 8 milyon 539 min manat, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə 2 milyon 22 min manat təşkil edib. Likvid aktivlər 8 milyon 213 min manat, cəmi aktivlər 31 milyon 363 manat olub: "Prudensial normativlər üzrə tələblərin yumşaldılması sahibkarlıq subyektlərinin maliyyələşdirilməsini stimullaşdıracaq. Kiçik və orta biznes subyektlərinə verilən biznes kreditləri üzrə risk dərəcəsi (milli valyutada 100 faizdən 50 faizədək) və ixracın (qeyri-neft sektoru üzrə) maliyyələşməsinə yönəlmiş biznes kreditləri üzrə risk dərəcəsi (milli valyutada 75 faizdən 50 faizədək, xarici valyutada 100 faizdən 75 faizədək) azaldılıb".

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et