Müəllif - Aida İsaq, Banco.az
“Thrive Capital”ın təsisçisi Coşua Kuşnerin sərvəti 3,7 milyard dollara yüksəlib.
Banco.az xəbər verir ki, o, “Thrive Capital”ın 3,3% səhmlərini aldıqdan sonra daha da zənginləşib. Coşua Kuşner ABŞ-ın keçmiş prezidenti Donald Trampın kürəkəni və keçmiş müşaviri Cared Kuşnerin kiçik qardaşıdır.
Qeyd edək ki, 2022-ci ildə Coşua Kuşner ailəsinin “Forbes”in dünyanın ən varlı adamları siyahısına daxil edilən yeganə üzvü olub. Həmin dövrdə jurnal onun sərvətini 2 milyard dollar olaraq qiymətləndirirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!