Türk Lirəsi Dollar qarşısında ucuzlaşmaqda davam edir.
Dollar/TL məzənnəsi həftənin ilk iş günü 5.18 lirə səviyyəsini də keçib. Bu, yeni rekorddur. Bakı vaxtı ilə saat 14:24-də məzənnə 5.1858 səviyyəsini görüb. Lirə Dollar qarşısında bu gün 2,05% dəyərdən düşüb.
Dollar/TL məzənnəsi ötən həftə 5.0818 səviyyələrindən bağlamışdı.
Dollar, Türk Lirəsi qarşısında ötən Bazar ertəsidən bu yana 6,3 faiz, ilin əvvəlindən bəri isə 26,5% bahalaşıb.
"TEB/BNP Paribas"ın strateqi İşık Ökte TL-nin bu gün ucuzlaşmasına dair, "Türk lirəsinin bu gün ucuzlaşması ABŞ-Türkiyə ikitərəfli əlaqələrindəki xəbərlər və İran sanksiyalarının qüvvəyə minməsilə bərabər, 100-günlük fəaliyyət planında dövlət xərclərinin azaldılmasına dair konkret bir irəliləyiş olmamasından qaynaqlanır",- deyib.
LİRƏ ƏSASƏN BRUNSON BÖHRANI İLƏ UCUZLAŞIR
ABŞ, rahib Endryu Brunsonun Türkiyədəki məhkəməsi səbəbindən Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə sanksiya tətbiq etmək qərarı verib.Sanksiyalar çərçivəsində, iki nazirin ABŞ-dakı əmlakları və əmlaklarından əldə edəcəkləri faiz gəlirləri dondurulub və ABŞ vətəndaşlarının nazirlərlə hər hansı bir iş və əməliyyat keçirməsi qadağan olunub.
Sanksiya qərarını ilk olaraq Ağ Evin sözçüsü Sarah Sanders açıqlamışdı.
Sanders, "ABŞ Prezidentinin göstərişi əsasında ABŞ-ın Xəzinə Nazirliyi, ikisi də Brunsonın həbs olunmasında mühüm rol oynayan daxili işlər və ədliyyə nazirlərinə sanksiya tətbiq edir" açıqlamasını vermişdi.
Sanders, "Brunsonın hər hansı bir cinayət törətdiyinə dair bir dəlil olmadığını və onun Türkiyı hökumətinin ədalətsiz həbsinin qurbanı olduğunu" bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, rahib Brunson böhranının ardından ABŞ-ın Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülün ABŞ-dakı əmlaklarının dondurulması qərarına qarşı cavab verəcəklərini deyib. Ərdoğan, ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinin Türkiyədəki əmlaklarını donduracaqlarını açıqlayıb.
Marja.az