Dollar/TL məzənnəsinin geriləyəcəyi proqnozlaşdırılıb | Banco.az

Dollar/TL məzənnəsinin geriləyəcəyi proqnozlaşdırılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Wells Fargo” Dollar/TL məzənnəsinin geriləyəcəyini proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, ABŞ-ın transmilli maliyyə xidmətləri şirkəti “Wells Fargo” 2024-cü il üçün beynəlxalq iqtisadi proqnoz hesabatında valyuta məzənnələri ilə bağlı da təhlillər aparıb.

Ekspertlərin türk lirəsinin dəyər qazanacağına dair təhlillərinə baxmayaraq, qarşıdakı dövrlərdə Dollar/TL məzənnəsində mülayim artım olacağı qiymətləndirilsə də, “Wells Fargo”dan fərqli şərh gəlib.

Belə ki, bankın iqtisadçıları Nik Bennenbruk, Brendan Makkenna və Anna Steyn tərəfindən hazırlanan 22 yanvar tarixli hesabatda Dollar/TL-nin 2024-cü ilin birinci rübündə 31 səviyyəsinə yüksələcəyi, ikinci rübündə isə 30,50 səviyyəsinən enəcəyi proqnozlaşdırılırıb.

Bank məzənnədə bu tendensiyanın növbəti rüblərdə də davam edəcəyini düşünür.

Qeyd edək ki, hazırda Dollar/TL məzənnəsi 30,27 səviyyəsində ticarət olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram