Dollar/TL məzənnəsində volatillik 16 ayın ən yüksək səviyyəsinə çatıb | Banco.az

Dollar/TL məzənnəsində volatillik 16 ayın ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə prezident seçkisi yaxınlaşdıqca Dollar/TL-də volatilliyin artdığı müşahidə edilir.

Banco.az xəbər verir ki, ölkənin siyasi səhnəsində baş verən proseslərlə bağlı olaraq Dollar/TL məzənnəsinin volatilliyi artıb.

Cümə axşamı günü 12,67 faiz volatilliklə bağlanan Dollar/TL məzənnəsinin overnayt nəzərdə tutan volatilliyi bu səhər 88,3 faizlə 16 ayın ən yüksək səviyyəsinə çatıb.

Qeyd edək ki, siyasi səhnədəki proseslərin təsiri ilə digər aktivlərdə də dinamik kurs müşahidə edilir. Türkiyənin risk bonusu 2022-ci ilin dekabrından bəri ilk dəfə 500 baza bəndindən aşağı düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, hazırda USD/TL 19,58 səviyyəsində ticarət olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et